`Biz silah hazırlaya bilmirik` - Erməni akademik


22:29     20 May 2016 ermeni%20akademik.jpg

"Bir müddət əvvəl mən deyəndə ki, Ermənistan müasir tələblərə cavab verə biləcək silah və hərbi texnika istehsal etmək imkanlarına malik deyil - məni təhqir etməyə, "xalq düşməni, satqın" adlandırmağa başladılar. Dedilər ki, yalan danışıram, xalqı ruhdan salıram, dövlətin və millətin maraqlarına xəyanət edirəm".


Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan belə deyib.

Femida.az "Çorrord Hişxanutyun"na istinadən bildirir ki, Ermənistanın hərbi-sənaye kompleksinin imkanlarından bəhs edən akademik ölkənin kütləvi silah və hərbi texnika istehsalı potensialına malik olmadığını vurğulayıb.

"Bir daha təkrar edirəm ki, silah, sursat və hərbi texnika istehsalını müasir tələblərə cavab verən səviyyədə qurmaq istəyiriksə, bunun üçün külli miqdarda investisiyalar ayırmalıyıq. Hələ ki, belə sərmayə yoxdur. Deməli, silah və hərbi texnika istehsalının "yaxşı səviyyədə" olduğunu söyləmək, sadəcə, demaqogiyadır", - R.Martirosyan söyləyib.

Açar sözlər:

Oxunub: 2591